FtB:
Çək gözlərinə yaş dolanda çək
Qoy buraxmasınlar səni tək
Qızıl güllərin solanda çəkmə
Amma ən son anda çək
Sən çək gözlərinə yaş dolanda çək
Qoy buraxmasınlar səni tək
Qızıl güllərin solanda çəkmə
Amma ən son anda çək
Görəsən hansı səbəbdən gözünə yaş dolur?
Bakıda adam fikirdən çaş-baş olur
Birdən nə qədər dostum var deyəsən bilmək istəsən
Əlini cibinə at və çıxat o kaşloku
Hüzünlə aç demişdi mənə baxıb o yaralı sarğını
Kimisi həyatın itrir sonunda kimisi ağlını
Bədbəxt sonluqlarda yaxındı indiki halda
Dərmanlar ömrü uzatmırdı azaldırdı ağrını
Və başqa ağrı kəsicilər nə olsun ношпа нафле
Birazca şərab içsəm bədənim sərxoş qalardı və
Əlini çiynimə qoydu dedi "dunya cox etibarsızdı"
Bugün oturduğum kreslo sabah boş qala bilər
Çək gözlərinə yaş dolanda çək
Qoy buraxmasınlar səni tək
Qızıl güllərin solanda çəkmə
Amma ən son anda çək
Sən çək gözlərinə yaş dolanda çək
Qoy buraxmasınlar səni tək
Qızıl güllərin solanda çəkmə
Amma ən son anda çək
Zülmətə gedən yolda sonuncu şans sönməsəydi
Təbəssüm qayıtmazdı o gedənlər dönməsəydi
Məncə vaxt qızıl deyil daha dəyərli bir yoxluqdu
Bu həyat gözəl olardı valdeynlər ölməsəydi
Əvvəlcə nəfəs getdi sonrasında soraq getdi
O getdi sanki yanımdan bir arxa dayaq getdi
Taleylə barışmamaq hər sözdə şükür var amma
Bəs ölüm haqq idisə dən niyə nahaqq getdin?
Bəzən bir quru söz evsizə bir tax kimidi
Bu həyat gözləmir ki oxşarlığı vaxt kimidi
Səssiz gedişlər var elə bilki vaxtsız ölüm
İntihar məktubunda heçnə yazmamaq kimidi
Çiskin yağış sora həzin külək gəldisə get
Solmuş güllər üstünə kəpənəy gəldisə get
Gözləri mənə baxırdı mənə görə "çəkmə" diyərkən
Qışqırdım "ölmə" nəfəs gəldisə get itil
Çək gözlərinə yaş dolanda çək
Qoy buraxmasınlar səni tək
Qızıl güllərin solanda çəkmə
Amma ən son anda çək
Sən çək gözlərinə yaş dolanda çək
Qoy buraxmasınlar səni tək
Qızıl güllərin solanda çəkmə
Amma ən son anda çək