MIRO:

Gecə düşür üstünə gözlərimin Yadıma salıram onu qısqanıram Necə deyim ona darıxıram onsuz Cəhd eləyirəm özümlə bacarmıram. İnanıram hələ də yalanlarına Çıx beynimdən yalvarıram Nə olar gəlmə yuxularıma Sevgimdən daha qorxuram mən (2x) Yadıma düşürsən mənim hərdən Alır o düşüncələr məni məndən Alıb ürəyini sənin əllərdən Dərd elədim özümə niyə illərnən? Axı səninlə isinərdi donan bu ürək Mən xəyallar içində dolanan şair, sənsə yalançı mələk Bu bizə tuzağ, bu bizə tələ Sənsiz ömür kimi dəqiqə mənə Unuduldu de mənə geridə nələr Dərddi bu sevgi bil hələ də mənə Deyiləm uzaq, deyiləm hələ Ya gəl barışaq ya da getmə belə Vecimə deyil ama getsən əgər Sevgi dəyərmi bu getmələrə? (2x) Yadıma düşürsən mənim hərdən Alır o düşüncələr məni məndən Alıb ürəyini sənin əllərdən Dərd elədim özümə niyə illərnən? Əvvəlcə salam sevgi, istədin və yandırdın Bu küçədə heçnə bu gövdəni sənin qədər dayandırmır Göz yaşım qorxur məndən gözümdən gizli damır Əzrailim artıq 3ə 5ildi verib istefanı Kişilik sərtdi küçədə hər keçən elə dözmür inan İstəyir ordum olsun hərbi bəndə təkdi burda Səninlə olanda mən yenə unutdum özümü bir an Oxumağı unutma can hər şey var məktubunda Bu küçədə yatanda mən saf yuxular dəmir idi Hər tində izlərin var xatirələrə dəlil idi Oturduğun skamya mənə görə ən rahat yataq O getdiyin parklar mənim ən lux evim idi Hədəfimə qaçdım ama çatanda toxunmadım Həvəssiz ən dərində mən batanda boğulmadım Aldığım hədiyyəni qaytarma götür halalın olsun Onsuz da hamısının pulunu atandan oğurladım Yazıram bu məktubda mən özümdən qaçmağımı O sevdiyin kralın mənə oğurluq taclarını Ölürdüm biləsən deyə çəkirdim vicdan əzabı Çapığlı əllərim sığallayanda saçlarını Mən adi küçə yazarı amma sən şeirsən Hər şeyi bəxş edirsən Sənə bir pis bir də yaxşı xəbər var üzülmə Pis xəbər heç nəyim yoxdu, yaxşı isə hər şeyim sən... (2x) Yadıma düşürsən mənim hərdən Alır o düşüncələr məni məndən Alıb ürəyini sənin əllərdən Dərd elədim özümə niyə illərnən?




Daha yeni Daha eski