Axtarma, unut olanlari 
Mən unutsam da olar unutmasam da… 
Axtarma, anladım ki,mən bir düşüncə… 
Hər gecə yazanda. 
Axtarma, ümidsiz xatirələrin 
Solub qalan mənzərələrini… 
Axtarma sınıq pəncərələrini qara gecələrini Xaraba küçələrini 
Axtarma, 
Əlvida alovlanan ürəyimdən qalıb ancaq köz-kömür 
Axtarma, 
Fəryada gətirər məni həsrətin məni qara ömür 
Axtarma, 
Düzlər içində axtarırsan amma yenə mən səhv oluram 
Axtarma, 
Ya da qal yanımda , ya da al canımı 
Mən məhv oluram 

Nəqarət : 

Axtarma, 
Aparacaq qatarlar məni uzaqlara burada qalmaram, 
Sənə dönmərəm, axtarmaram axtarmasam, ölmərəm 
Sən də məni axtarma (x2) 
Elə bir yerdəyəm ki, bura cəhənnəmin qorxusu kimdir 
Axtarma, 
Səngərlərdəyəm bura papa uşaqlarının kabusu kimdir… 
Axtarma, 
Sevdiyin parfümü dəyişib indi güllə-barit ətri 
Axtarma, 
Çək tətiyi sonuna qədər hədəf ümidlərdir, dəyiş qara xətti 
Axtarma, 
O şəhər sənin qədər gözəl , amma daxili xəyanət 
Fərq budur, onun göz yaşlari Xəzər 
Amma səninki satılan əmanət. 

Nəqarət:


Axtarma, 

Aparacaq qatarlar məni uzaqlara burada qalmaram, 
Sənə dönmərəm, axtarmaram axtarmasam, ölmərəm 
Sən də məni axtarma (x2) 
Sən də məni axtarma… 



Daha yeni Daha eski