Hamı kimin üçünsə xilaskardı...
Ya mən lal olmuşam, ya da qulağım biraz kardı
Ürəyimin yaralarına əllərinlə toxun,
Gözlərimi görmək üçün yuxarı qaldır biraz kadrı


Əmələ gəlmir hərdən...
Nə qədər yazasan müharibədən, mərmilərdən
Soyuq tərdən sonra baş verən paranoiadan
Xatırlayıb hərdən, oğurladığın illəri yerinə qoy adam (sus)


Günlərim artıq maraqsız və daha sakit
Artıq alışıb yanan ocağı söndürmüşəm
Mənə ölüm hökmüdə azdı cənab hakim
Mən sevgi və bütün hissləri öldürmüşəm


Fikirlər qarma-qarışıq 
Arasında ümidsizlik və karma yarışır
Biz axı deyildik əsl adam 
Tüstüyə qarışan hönkürtülər əks-səda
Bu ya fraqment qısa metrajlı kino
Ya da, hər mübarizənin sonunda  bitir yol



Həyat yerə çırpar bəlkə də, qaldırar səni
Son sözünü deyə bilməsən yandırar səni
Qorxulu yuxulardan ayılmadım
Hər dəfə oyananda isə adını sayıqladım



Bəlkə də, çoxdan ölmüşəm, amma sağ kimiyəm
Mən indi soyuq, əlçatmaz dağ kimiyəm
Sən hökmü oxu, qorxutmağa çalışma lakin
Bil ki, bozqurd ölümnən qorxmur, cənab hakim!



Daha yeni Daha eski