Nəqarət:
Bakının kobud səkiləri, Mərməri bol küçələri, Mirvarim hər keçəndə Seyr eləyər neçələri. Xətlərində qəm-kədərlə, Dodaqlarda bol hədərlə, Dustaq etdi qəfildən Bol kağız və bir qələmlə. (2x) Sənlə mən, mənlə sən, Arzuları da bölək tən, Oğurlayaq biz də qoy, Gəl bir gün fələkdən. Sənlə mən, mənlə sən, Yorğun saç, düşən dən, Xahiş edirəm, getmə, yox, Səbəbsizcə heç nədən. Xəyalların ağuşunda Təmiz qəlbi həmdəmim, Geriyə qalan zamanımızda İtən zaman son qəmim. Zaman, dur, bağışla, Ayaq saxla, getmə, gəl, Oktyabr, bol yağışda, Rəqs edək, gəl ey gözəl. Nəqarət : Bakının kobud səkiləri, Mərməri bol küçələri, Mirvarim hər keçəndə Seyr eləyər neçələri. Xətlərində qəm-kədərlə, Dodaqlarda bol hədərlə, Dustaq etdi qəfildən Bol kağız və bir qələmlə. (2x) Sayrışan ulduz kimi Əlvidanı paylayaq, Dənizlərdə balıqtək Ayrılıqla ayrılaq. Çılpaq ruhunla de, Düşmən ya da yarmısan? Xoşbəxtliyə bildim amma Bədbəxtliyə varmısan? Ey, Yoxsa sən Tanrısanmı? Yoxsa mən sufiyəmmi? Yoxsa biz zidd insan? Bəlkə də bir zindan, Bəlkə də bir məhbus, Bəlkə də yox əlaqə? Bilmirəm ki. Bakının kobud səkiləri, Mərməri bol küçələri, Mirvarim hər keçəndə, Seyr eləyər neçələri. Xətlərində qəm-kədərlə, Dodaqlarda bol hədərlə, Dustaq etdi qəfildən Bol kağız və bir qələmlə. (2x)










Daha yeni Daha eski