Sonunadək qala bilən fanatlarda tapırlar,
Mən xoşbəxtliyi manatlarla tapıram!
Heç kim mənə fikir eliyirəm falan deməsin,
Mən Insanların oyandığı saatlarda yatıram.

Sətirlərim bahalıdır, satiram pikdi,
Fikirlərim marağlıdır, satıram itki.
Fikrim silahdı, sətrim tətikdi.
Bu elə bil Məhkəmədiki həpsim dəqiqdir.

Epi repdə olmuya bilər narahat olma!
Bağda gedən istirahət manqalsız olmur.
Səninlə söhbətim bitdi deyə rahat olma,
Meşə çaqqalsız, Epidə ki saqqalsız olmur!

Bu elə mövzudurki ehtiyac var qürura
Mən gələcəkləri yıxaraq, gələcəyi qururam!
Görsən bu oyun keçid yoxdu növbəti tura,
Biz yaşıyırıq çukuru, Onlar baxırlar Çukura!

Səhvlərim çox böyükdü avam adama görə,
Həmişə olmaq istədim adam atama görə.
Hər şeyə görə peşmanam anam-atama görə.
Amma hamısını edəcəm davam adıma görə.

Üzümə gülən şansın, dişimi yoxdur!?
Epi hər zaman eləmir öz işini doğru
Yer istəyirsə öpürəm o Kişini çoxlu.
Bir kişilik yer var sizdə o Kişilik yoxdur!

Rzza:
Biz gəlirik
Daha belə olmağınızı istəmirik!
Yenə biz gəlirik (3x)
Daha belə olmağınızı istəmirik!

Dadash:
Işiniz Stand Up
Amma millət istər dad.
Dörd2Sıfır Azrep'da izməynən,
Necəki gəldi Mister Tam
Oynamırıq gizlənqaç bizə istək var,
Deyə bizlər variq!
Bu da sizə bizdən qaç, bunu qismən tap
Bizi istər hamı.
Ayıq olmağa dair yazaram,
Amma ayıq olmadan ayıbdır.
Cayıl olmağa naildi, naib etdin
Cayıl olmadan qayıtdın.
Uşağlıq, gəncliyi bölgülər uzanır
Gördüsə qocalır, söndürər ocağı.
Yaxşıdır hər şey problem oduki
Mən uzaq görənəm amma görmürəm uzağı!!!
Göstərəm misal, möhtərəm utanır.
Öhtəmin qalıb, Ölkəmin hamı
Növbələri alıb, gözləmədə qalın!

Rzza:
Biz gəlirik
Daha belə olmağınızı istəmirik!
Yenə biz gəlirik
Daha belə olmağınızı istəmirik!(3x)

Bakının küçələrində neçəsi Marsa gedir.
Kimə şansı qaçır, kimə axsaq gedir.
Axır vaxtı şəhərimə siqaret kimiyəm
Yenə Bakı məni Xəzər ilə ostav edir.

Səbr edə bilmirəm, daha bu gecəlik dözürəm.
O günəşi gətirəcəm bu gecənin özünə!
Təxirə salmışam bütün uçuşları, ona görə
Təyyarəni qaytararam moverlərin özünə!

Günahların əfvinə qənaət çoxdur.
Kim eliyir dayanmadan bəraət qorxmur.
Oğlanlar neçə dolu anlar,
Oğlanlar var amma şərait yoxdur!

Dünənə darıxacam, bu olsada qəribə
Hesabatı aparıram xeyir düsür şərimə
Dərdlərimin düşüncəsi cızıq atır dərimə,
Nə qədər çalışsam yenədə dəmir alır tərimə
(Həri mən)

Otur gəlirəm, bu oxşuyursa həri mən
Poladdan olsada, gülüş hissin onu əridər!
Bir gülləni yaratmağa güc düşür min qəlibə
O gülləni mən atanda layiq olur tərifə,

Xəritə qalır bəirdə, o bələd deyil hərimə
Sən getdiyin yolları neçə ildir gəlirəm.
Hörmətini qoru saxla çox şey etdim həri mən
F T B hörmət et bu üç hərifə!!!

Rzza:
Biz gəlirik
Daha belə olmağınızı istəmirik!
Yenə biz gəlirik
Daha belə olmağınızı istəmirik!(3x)




Daha yeni Daha eski