EPİ:
Tək qalmışam bax tək qalmışam.
Çox içmişəm qapını səhv salmışam.
Yad biri açıb onu sən sanmışam
Mən tamamilə yad biri ilə dərdləşmişəm (2x)

Bu elə bir yoldur ki qızım eləcə gedirəm tək
Gah səhv edirəm,gah daki edirəm səhv
Mən içkiliyəm bu özümə edir ləzzət
Sən söhbəti tutmayassan qızım mən gedim nəysə

Üzümü tuturam bütün meyvə sevən insanlara
Üzümü sevmək daha asandı nəyin ki insanları
Yəqin ki çox sevməyə vaxtı yoxdur insanların
Vaxtında sevin dünya, vaxtsız alır insanları.


Sənə sual verirəm "Məni nə qədər çox sevirsən"
Mənə deyirsən "Söz ver kimisə döyməyəcəksən"
Bir saatdı dayanmışam qapınızın ağzındayam
Qapınızı döymürəm ki məni çox sevəcəksən.


Tək qalmışam bax tək qalmışam.
Çox içmişəm qapını səhv salmışam.
Yad biri açıb onu sən sanmışam
Mən tamamilə yad biri ilə dərdləşmişəm

Yap10:
Həmişə sən susan mən danışan.
Qəlb almışam bir də qəlb satmışam.
Içmişəm xəyalına dəm qalmışam.
Mən sən gedəndən nə qədər vaxtı tək qalmışam.

Tək qalandanda tək qaldım
Bu ağır yükü birdə tək qaldır.
Mən gətirə bilmərəm tək ardını
Adın ürəyimə yazılan tək qadın.
Sanki yağışlar axmaz damlardan
Qorxar qaranlıqda şamlardan.
Pərilər küsər bu ilhamlardan
Biz gəlməsək gəl üzbəüz.

Bülbüllər qaçar bağlardan
Qartallar hürkəldi dağlardan.
Birləşərdi solar sağlarla
Biz gəlməsək gəl üzbəüz.

Tökülüb əfsus ki yarpaqlar
Bil ətirli güllər, torpaqlar.
Göy qurşaqsız var dağlar
Biz gəlsək də sənlə üzbəüz.

Sevgili gününə alınan qolbaqlar
Yad birinə görə bəzənər dırnaqlar.
Barmaqlarını sıxır yad barmaqlar
Biz gəlsək də sənlə üzbəüz.

Sənlə səhv olub! Indi rədd olub get.
Dərd odur ki səndə bedd dolu günlərim
Sevmədiyinə sən əmin olub get!
Onsuz da tək qalmışam!

Tək qalmışam bax tək qalmışam.
Çox içmişəm qapını səhv salmışam.
Yad biri açıb onu sən sanmışam
Mən tamamilə yad biri ilə dərdləşmişəm (2x)




Daha yeni Daha eski