Xpert - MALCOLM (Official Music Video) - YouTube

2009-dan min-bir cürə ortam bizim! Rep üçün yol yortan vacibdir ki, yol-yordam bilsin, İnanmırsan, Orxan desin. Qəliz və dolaşıq məntiq, Daha pisi: Tələb eləmir qətl, intihar izin. Taburet ayağıva, boğazıva rezin, Parçaladım battle entarisin. Başında papaqdı, əlində bita! Belimdə çanta var, içində kitab. Heç birinizi düzəldə bilmədim, Ona görə mənə ustad deməyin bir daha. Tutmadım onunla bərki daha, Çünki, böyüyü gəlmişdi, ərk daha elədi. İzah elədim X-ə repçidir qida, Synapsa diss, yəni fəqərəmə cıda. Qəssab repin axirətini gətirər bura, üfür sûra. Mənim tədbirimə gəlmədən mənə “dəyər verin” deyə deyənləri gətir bura. Almadı öcünü və qaldı hıncı, Rep üçün döyüşən ən axırıncı, Sərkərdə üstümə hücum çəkdi Və sındı bir yerinə girdi qılıncı. Bağlıyıb dinamiti girmişəm oyuna saatımı qur mənim vaxtım gedir. Mənim vaxtim gedir, Mənim vaxtım gedir. Bakı şeyxlər məkanı şahid olun mənim taxtımı verin, Mənim taxtımı verin. Mənim taxtımı verin. Mən elədiyimi kaş hər kəs eləsəydi Sözüm hüceyrə qulağa girib biz gəzərik beyni Yolumu tutanın kəsib atarıq bil xəzərə meyidin,xəzərə meydin. Kəsib atarıq bil xəzərə meyidin.* X bogiest! Ruhum poltergeist idi Bu rejimə dözmədi Ventetta, indi bığlar babamın eynisidi Dalğam gələr, basar portu su Gəl dağıdaq yağının korpusun Mən Nuru Paşa tək bir komandan Ordum Qafqaz-İslam ordusu. Çırıq şəpitlə Bayrağın adını Qaldıran unudar dayağın dadını. 9 aydır bir ketam var idi, İki il oldu ki, ayağımdadır. Ağzına tüpürüm, yax qırağına! Mənə diss yazanda takt buraxma! İllah ki söyməlisənsə bir tanrını, Fakt buraxma! Hərəkət eləməzdən öncə dərk elədim ərk-imi mən. Əziyyət çəkən hərkəs bərkiməzki mən kimi, nə vaxtsa sıxsın yumruğu nər kimi. Synaps – Allində qəlsəmə, pər kimi. X-in alnında fəlsəfə tər kimi. Qəssab söz xəstəliyinə yoluxduran, Həm söz xəstələrinin həkimi!


Bağlıyıb dinamiti girmişəm oyuna saatımı qur mənim vaxtım gedir. Mənim vaxtim gedir, Mənim vaxtım gedir. Bakı şeyxlər məkanı şahid olun mənim taxtımı verin, Mənim taxtımı verin. Mənim taxtımı verin. Mən elədiyimi kaş hər kəs eləsəydi Sözüm hüceyrə qulağa girib biz gəzərik beyni Yolumu tutanın kəsib atarıq bil xəzərə meyidin,xəzərə meydin. Kəsib atarıq bil xəzərə meyidin.*




Daha yeni Daha eski