Gozlərin dərin, dərin 
Gözlədin gəlim, gəldim
Sözlərimdə illərim
Mən gözlərindən didərgin


Hər səs mərkəzdən gəlməz
Sən səsçmən səndən sərbəst 
Sən kəs, dərd səndən gəlməz
Almaz hər kəs dərdlərdən dərs


Dərd-Dərd üstünə, hərdən küsdün 
Xəlvət üstümə gəlsən düzgün
Bizdən bir daha alınar yəqin
Tək sən tüstümə dəhşət düşdün


Mən səndən, amma sən sərsən
Sən mənsən,amma tənbəlsən
Mən gəlsəm, yənə gəlmərsən
Amma sən gəlsən, yenə mən tərsəm


Kiminə bəhanə, kiminə ağır 
Kiminə fəlakət, kiminə yağış
Kiminə sədaqət, kiminə tanış
Sən min dəfə düşün, amma bir dəfə çağır


İçimdə iki dənə qız var-biri yol istəyir, birsə doğrunu
İçimdə iki obraz var-biri polisdir, birsə oğrudur
İçimdə iki dənə qız var-biri yol istəyir, birsə doğrunu
İçimdə iki obraz var-biri polisdir, birsə oğrudur


Hisləri qəlb ələr, sankilər
Kaşkilər və bəlkələr
Hər kədər bir qədəhdə tərpədər
Hər dəfə səni düşünüb, mərtəbə-mərtəbə qalxdım


Amma mərhəmət yoxdur
Hər qələt yeyənə vermərəm məsləhət
Mənasızdırsa sən qoxan məhlələr
Mənasızdırsa sən qoxan səhnələr


Həqiqəti eşitmir qulaq 
Həqiqəti tək mən deyirəm 
Hislərim çox dəyişdi artıq
Mən hislərə rəhbər deyiləm


Yazdıqlarıma kitab de
Mən qara-qura dəftər deyirəm
Daha bir də axtarma məni
Çünki həmin o Əkbər deyiləm


Gozlərin dərin, dərin 
Gözlədin gəlim, gəldim
Sözlərimdə illərim
Mən gözlərindən didərgin


Hər səs mərkəzdən gəlməz
Sən səsçmən səndən sərbəst 
Sən kəs, dərd səndən gəlməz
Almaz hər kəs dərdlərdən dərs



Daha yeni Daha eski