Məni al məndən men bir tək sənin olum
Sənsiz dayaz hisslərim səninlə dərin olur. Sənsiz gündüzüm gece xeyrim şərim olur Amma bu cəhənnəm Bakı səninlə sərin olur (2x)
Sevgidən yazmayıblar mən səndən yazan kimi İnan heç korda azmayıb mən səndə azan kimi Yalandı minarələr də qışqıran möminlər
Sənin iblis gülüşün qulaqlarıma azan kimi
Dedilər fikri azıb, çıxıbdır dindən bu
Amma məni anlamırlar izah olmur dillə bu Onlar məni sevgiyə qul, sevgidə hərif bilirsə Sen mənim ən incə zəif, zərif yerimsən
Dedilər ardını yaz səni birazda təsvir edim.
De canım fəda olsun, ya ruhumu təslim edim? Nə qələm bezmir sendən nə təbim bəsdi demir, men
Edirəm çox şeyi inkar səni bir təsdiq edib... Hansı şair bu qədər xəstə olar?
Düzərəm sətrimə notlar bu həmdə bəstə olar Yüzündən, belə lap minindən seçirəm səni Canavar dolunayı sevdiyi tək sevirəm səni
Mən sənə nə vaxt tutuldum ? Deyil yadımda İnan ki nəfsimə qalsa, xeyli qadın var
Yox, istəmirəm qeyri yanımda, sən
Nəfsimin yox bu könlümün sahibisən eyni halınla
Sarayın yox küçənin şairiyəm
Qələmim haqq yazar ancaq haqqın şahidiyəm Tanrıdan nə payım var, o payın sahibiyəm
Verib bir Xəzər mənə mən də ki sahilinəm!!!
Bakının şəklini çek, sonra cır tulla getsin
Ki burda sevmək üçün heç, pulda yetmir
Məni düşün, düşün ki parfumerəm, mən səni Tapmaq üçün bil neçə qızı qurban etdim
Sənmi sadəsən? Hə? ya mənmi mürəkkəbəm? Mənə sən lazımsan qayığa kürək gərək
Bakının küləyi varmış, bilirsən?
Saçınla rəqs edəcək bir tək külək mənəm.