Hər kəsin həzin sonu var,
Səsimin üç tonu var,
Şeytanın min donu var,
Sıxmalıyam onu mən,
Amma hər nə bitdisə bilirəm,
Soyuq hislər silinər,
Bir azca içkiliyəm
Hal-hazırda ikini dörd görürəm!
Səyalar? Buna bax, sən hara, mən ora,
Dərk etsən,
Dayanmadan yaşa düşün!
Məni ölülər başa düşür.
Biri var, biri yox,
Nağılların sonu bu,
Unudulmazı eləyən insanları belə,
Bəşəriyyət unudur!

Nəqarət:
(Ey) Zamanı kim apara bilər axı geriyə?
Mən günahlarımın əksi bənzəriyəm.
Artıq dərk edirəm ki, yaşayan ölüyəm,
Mən təsəvvüründə ki həmin Dəliyəm!
Mən təsəvvüründə ki Dəliyəm!
Dəliyəm, Dəliyəm!
Mən təsəvvüründə ki Dəliyəm!
Dəliyəm! Dəliyəm!

Bir-bir gedirik,
Insanlar tilsim kimi
Mərtəbələr keçmir ki yəni,
Tanrı seçmir ki məni,
Seçmir ki, məni.
Xoş münasibət qur,
Müdaxila edə bilməyə yol açma, münaqişə.
Yaranar sonra davamımda mübahisə!
Bunu müşahidə elə,
Mühafiza et.
Müdafiə ol,
Bu saniyə, necə beynimə işləyib gümaniyə,
Məni bu layihə ilə duyan bilər necə hissinə
vurulub,
Bu qafiyə.
Get vicdanı tap,
Gedək elə burdan uzaqlara.
Amma buraxmadan, sözü uzatmadan,
Dərdli idi qurğuşun qulaqlara.
Hələ ucalma var,
Xoşbəxtliyə doğru addımlar at!
Məni keçən çoxdu addımlara
Və keçmişi odda yandırmadan,
Apar özünü heç utandırmadan,
Soyuqluq var hislərində,
Günahından gizlənirsən,
Əks edir gözlərində!

Nəqarət:
(Ey) Zamanı kim apara bilər axı geriyə?
Mən günahlarımın əksi bənzəriyəm.
Artıq dərk edirəm ki, yaşayan ölüyəm,
Mən təsəvvüründə ki həmin Dəliyəm!
Mən təsəvvüründə ki Dəliyəm!
Dəliyəm, Dəliyəm!
Mən təsəvvüründə ki Dəliyəm!
Dəliyəm! Dəliyəm!




Daha yeni Daha eski